ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

post-img

ABŞ Ukraynaya yeni hərbi yardım paketini təqdim edəcək. Onun məbləği 500 milyon dollardır.

AZƏRTAC bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostinin “Ramstayn” formatında keçirilən görüşdəki bəyanatına istinadla xəbər verir.

Müvafiq bəyanatla o, vəzifədən getməzdən əvvəl sonuncu dəfə Ukraynanın müdafiə məsələləri üzrə təmas qrupuna (“Ramştayn”) rəhbərlik etmək üçün gəldiyi Almaniyada çıxış edib.

Ostinin sözlərinə görə, yardım paketinə Ukraynanın hava hücumundan müdafiəsi üçün əlavə raketlər, daha çox döyüş sursatı, daha çox “hava-yer” raketləri və Ukrayna F-16-larını dəstəkləmək üçün digər avadanlıqlar daxildir.

“Burada, “Ramştayn”də mən Ukraynanın azadlıq və təhlükəsizlik şəraitində yaşaması, daha ədalətli və daha ləyaqətli dünya yaratmaq üçün əlimdən gələni etməyə qərarlıyam. Birgə işimiz davam etməlidir”, - deyə Pentaqon rəhbəri bildirib.

O vurğulayıb ki, əsas həqiqət ondan ibarətdir ki, Ukraynanın mübarizəsi bütün müttəfiqlər üçün vacibdir.

Ostin təmas qrupuna sədrlik etməyin həyatının ən şərəfli vəzifələrindən biri olduğunu bildirib və əlavə edib ki, “daha bir çox məhsuldar görüşü səbirsizliklə gözləyir”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Dünya