Dünyanın ən böyük aviaşirkətlərindən olan “Lufthansa” bu il 10 min nəfəri işə götürəcəyini elan edib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, işə götürülməsi planlaşdırılan 10 min nəfərin 800-ü pilot, 2 mini ekipaj üzvü, 1400-ü yerüstü xidmət, 1300-ü isə texniki heyət işçiləri olacaq. Bundan başqa, ofis xidmətləri üçün də yeni əməkdaşların işə götürülməsi nəzərdə tutulur. Şirkət işəgötürülmələrin yarıdan çoxunun Almaniyada həyata keçiriləcəyini açıqlayıb.
Gəlirlərinə görə, Avropanın ən böyük aviaşirkəti olan “Lufthansa”nın hazırda 90 ölkədə 100 mindən çox işçisi var. Şirkət koronavirus pandemiyası zamanı 30 mindən çox əməkdaşını ixtisar etmişdi. “Lufthansa” ötən il 13 min nəfəri işə götürüb. Həmin iş yerləri üçün dünyanın müxtəlif ölkələrindən ümumilikdə 350 min müraciət edilmişdi.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin