Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İraq Kürdüstan Bölgəsinin Baş naziri Məsrur Bərzani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, mətbuata qapalı keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.
Türkiyə liderinin Administrasiyasının məlumatına görə, Prezident Ərdoğan qonşu Suriyada baş verən hadisələr fonunda İraqda sabitlik və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.
Bölgədə sabitliyin pozulmasının yeni mərhələlərinin qarşısının alınması üçün atılan addımların vacibliyi və “Suriyanın gələcəyində terrorizmin mövcudluğunun” yolverilməzliyi vurğulanıb.
Region ölkələrinin rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələrin, o cümlədən “İnkişaf Yolu” (Kalkınma Yolu) nəqliyyat-logistika təşəbbüsünün həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara