Tramp jurnalistə yüksək vəzifə verib

post-img

ABŞ-ın yeni prezidenti Donald Tramp Dövlət Departamentinin sözçüsü vəzifəsinə Fox News-un jurnalisti Temmi Bryusun namizədliyini irəli sürdüyünü açıqlayıb. Bu barədə siyasətçi Truth Social sosial şəbəkəsində yazıb.

"Temmi Bryusun Dövlət Departamentinin nümayəndəsi kimi bizim inanılmaz dövlət katibliyinə namizədimiz Marko Rubioya qoşulacağını elan etməkdən şərəf duyuram” deyə Tramp yazıb.

Yanvarın 3-dək Temmi Bryus Fox News-un müxbiri işləyib. Tramp deyib ki, o, “radikal solun yalanlarını və saxtakarlığını birinci əldən görmüş” və iyirmi ildən çox vaxtını “həqiqəti Amerika xalqına çatdırmağa” sərf edən hörmətli siyasi analitikdir.

"Mən bilirəm ki, o, Dövlət Departamentinin sözçüsü kimi yeni vəzifəsinə eyni inam və qorxmaz ruhu gətirəcək", - Tramp əlavə edib.

Bir gün əvvəl Tramp ABŞ-ın Estoniyadakı səfiri vəzifəsinə Rusiya-Amerika Sahibkarlıq Fondunun sabiq rəhbəri Roman Pipkonun namizədliyini irəli sürüb. Tramp qeyd edib ki, Pipko Estoniyada doğulub.

S.ELAY

XQ

 

Dünya