Ural Hava Yolları Misirin Şarm əl-Şeyx hava limanında Airbus A-321 təyyarəsinin təcili eniş etməsi xəbərini şərh edib. Mühərrikin nasazlığı siqnalı ilə əlaqədar ekipaj uçuş enmə zolağına enmək qərarına gəlib. Aviadaşıyıcı reysin yola düşməsi üçün ehtiyat təyyarə hazırlayıb.
“150-ci uçuş səviyyəsində qalxma zamanı N1 mühərrik nasazlığı siqnalı işə düşüb. Təyyarənin ekipajı uçuşların təhlükəsizliyini təmin etmək üçün Misir hava limanına qayıtmaq qərarına gəlib və təhlükəsiz yerə enib”, - “İnterfaks” aviaşirkətdən sitat gətirir.
Təyyarənin göyərtəsində 236 sərnişin olub. Misirin Mülki Aviasiya Nazirliyi insanların beynəlxalq gediş zalına aparıldığını bildirib.
S.ELAY
XQ