Ukrayna pilotsuz təyyarələri Leninqrad vilayətinə hücum edib

post-img

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Leninqrad vilayətində gecə saatlarında ikinci pilotsuz təyyarəni vurub. Bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko teleqram kanalında məlumat verib.

“Hər hansı tələfat və dağıntı yoxdur”, - məlumatda deyilir. Rayon rəhbəri qeyd edib ki, pilotsuz uçuş aparatı Pskov vilayətində hərəkət edirdi.

Yanvarın 4-də səhər saatlarında Sankt-Peterburqun Pulkovo hava limanı “mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün” fəaliyyətini dayandırıb. Gecədə hava limanı ikinci dəfə bağlanıb.

S.ELAY

XQ

Dünya