Əfqanıstan-Pakistan sərhədində baş verən toqquşmalar nəticəsində azı 24 nəfər ölüb, üç nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, “TOLO News” telekanalının məlumatına görə, həlak olanların 19-u pakistanlı, 5-i isə əfqanıstanlı hərbçidir.
Dekabrın 28-də səhər saatlarında Əfqanıstanın Paktika və Pakistanın Hayber-Paxtunxva əyalətlərinin sərhədində yerləşən Dand-e-Patan bölgəsində hər iki tərəfin sərhədçiləri arasında atışma baş verib. Silahlı insident zamanı artilleriya vasitələrindən də istifadə edildiyi bildirilir.