Suriyada Daxili İşlər Nazirliyinin 14 əməkdaşı öldürülüb

post-img

Suriyanın Tartus, Latakiya, Cəbla və Homs şəhərlərində Suriyanın dini azlığının nümayəndələri olan ələvilərin hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumları ilə müşayiət olunan etiraz aksiyaları keçirilib. Tartus limanında bir qrup polis pusqu zamanı həlak olub. Hakimiyyət buna cavab olaraq komendant saatı elan edib və keçmiş prezident Bəşər Əsəd tərəfdarlarını iğtişaşları qızışdırmaqda ittiham edib.

Suriyanın yeni hakimiyyət orqanlarının nəzarətində olan Hərbi Əməliyyatlar Departamentinin verdiyi məlumata görə, xüsusi rejim axşam və gecə işləyir: Latakiyada - 20:00-dan 8:00-a qədər, Homsda - 18:00-dan 8:00-a qədər. İğtişaşlar noyabrın sonunda müxalifətin Hələbi ələ keçirməsi zamanı ələvilərin ziyarətgahında baş verən yanğını əks etdirən videonun sosial şəbəkələrdə yayılmasından sonra başlayıb.

Daxili işlər naziri Məhəmməd Əbdürrəhman Tartus şəhəri ətrafında 14 polis əməkdaşının öldürüldüyünü açıqlayıb. SANA agentliyinin məlumatına görə, onlar keçmiş hərbçilər tərəfindən pusquya salınıblar. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya