Peskov: Putinlə Tramp arasında görüşlə bağlı konkret məlumat yoxdur

post-img

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu günə qədər Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında mümkün görüşün təşkili üçün heç bir konkret və ya ilkin şərt yoxdur.

Kremlin sözçüsü TASS-ın cənab Trampın 2025-ci il yanvarın 20-nə planlaşdırılan andiçmə mərasimindən əvvəl görüşün mümkünlüyü ilə bağlı sualını cavablandırıb: “Hələ heç bir real impuls yoxdur”.

Dünən, dekabrın 22-də Ağ Evin seçilmiş rəhbəri bildirib ki, o, rusiyalı həmkarı ilə Ukraynadakı münaqişənin həlli məsələsi ilə bağlı görüşü səbirsizliklə gözləyəcək.

Dekabrın 19-da Vladimir Putin də Donald Trampla görüşə hazır olduğunu bildirib . O, Rusiya və ABŞ prezidentləri arasında söhbətin nə vaxt baş tutacağını bilmədiyini açıqlayıb. Eyni zamanda, Rusiya dövlətinin başçısının sözlərinə görə, belə bir söhbət baş verərsə, onların danışmağa nəsələri olacaq.

Sonuncu dəfə Rusiya və ABŞ prezidentləri 2021-ci ilin iyununda danışıqlar aparıblar. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya