Somali və Efiopiya liderləri Ərdoğana təşəkkür ediblər

post-img

Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiyanın baş naziri Abiy Əhməd iki ölkə arasındakı münaqişənin həlli istiqamətində göstərdiyi səylərə görə Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər. Məlumatı “Anadolu” verib. 

Mahmud və Əhməd Ankaradakı prezident kompleksində təşkil edilən birgə mətbuat konfransında danışıblar: “Bu görüş mübahisələrimizə son qoydu. İndi Efiopiya və Somali iki qonşu ölkədir”.

Magmud hər iki ölkənin ümumi maraqlarının olduğunu vurğulayıb: “Biz Türkiyəyə göstərdiyi səylərə görə minnətdarıq. Somali gələcəkdə və yaxın illərdə Efiopiyanın əsl dostu olacaq. Bu əlaqələr xalqlarımız üçün faydalı olmalıdır. Regionumuzda sülh və sabitlik xalqlarımız üçün əsas prioritetdir”.

Onun sözlərinə görə, Somali Efiopiya rəhbərliyi və xalqı ilə əməkdaşlığa hazırdır. Prezident iki ölkənin maraqlarına uyğun tərəqqi üçün ümumi imkanların perspektivlərini qeyd edib. O əlavə edib ki, ölkələr arasında çoxlu ümumi cəhətlər var: “Xalqlarımızın sülh şəraitində yaşaması üçün əlimizdən gələni edəcəyik. Regionun əməkdaşlığımıza ehtiyacı var”.

Afrika Buynuzu bölgəsinin çox həssas bir bölgə olduğunu vurğulayan Mahmud, Efiopiya və Somalinin qarşılıqlı fayda təmin etmək üçün birlikdə çalışmalı olduğunu söyləyib. Bunun üçün çoxlu imkanlar var.

P.ƏMİRCANOV
XQ

Dünya