Serbska Respublikasının Prezidenti Milorad Dodik əməliyyat olunub

post-img

Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik Serbiyanın paytaxtı Belqradda əməliyyat olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin İşlər İdarəsi bildirib.

Məlumata görə, bir neçə saatlıq mürəkkəb əməliyyatdan sonra Milorad Dodik reanimasiya şöbəsinə yerləşdirilib. Əməliyyat uğurlu keçib.

Prezident kəskin ağrılar səbəbindən ötən gün Belqradda xəstəxanaya yerləşdirilib və müəyyən edilib ki, yemək borusu və mədəsindən əməliyyat olunmalıdır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

Dünya