Dünya Bankı yoxsul ölkələr üçün fondun doldurulmasına nail olub

post-img

Donor ölkələr Dünya Bankının ən yoxsul ölkələr üçün fondunun üç il müddətində artırılmasına rekord 100 milyard dollar ayırmağı vəd ediblər ki, bu da onların çox ağır borclara, iqlim fəlakətlərinə, inflyasiyaya və münaqişələrə qarşı mübarizəsinə mühüm dəstək olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Dünya Bankı dekabrın 6-da səhər saatlarında Seulda aşağı gəlirli 78 ölkəyə çox kiçik faiz dərəcələri ilə qrant və kreditlər verən Beynəlxalq İnkişaf Assosiasiyasına ödəmələrlə bağlı keçirilən konfransda bəyan edib.

“Reuters” yazır ki, iki gün davam edən vəsait toplama konfransı Afrika dövlət başçılarının nail olmaq istədikləri 120 milyard dollarlıq hədəfə çatmadı.

Dünya Bankının prezidenti Ajay Banga açıqlamasında bildirib ki, bu resurslar banka iqlim dəyişiklikliyi problemlərini və digər qlobal böhranları həll edərkən, eyni zamanda, iş yerləri yaratmağa imkan verəcək.

Dünya