Almaniya 2024-cü ildə ümumi daxili məhsulunun 2,12 faizini müdafiə məsələlərinə ayırıb

post-img

Federal hökumət son illərdə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb. Almaniya 2024-cü ildə ümumi daxili məhsulunun (ÜDM) 2,12 faizini müdafiə üçün xərcləyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısına dair açıqlamasında qeyd olunub.

Açıqlamada ümumilikdə 23 NATO müttəfiqinin müdafiə büdcəsinin ümumi daxili məhsulun 2 faizinə çatdığı vurğulanıb. “Biz, həmçinin Litvada daimi dislokasiya olunacaq döyüşə hazır briqadanın formalaşdırılmasına başlamışıq. 2023-cü ildə biz ilk dəfə Almaniyada milli təhlükəsizlik strategiyasını qəbul etdik. Biz inteqrasiya edilmiş təhlükəsizlik siyasətimizlə tərəfdaşlarımız, qonşularımız və müttəfiqlərimizlə Avropada və dünyada sülhə və təhlükəsizliyə töhfə vermək istəyirik”, - deyə Almaniya Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.

Dekabrın 4-dək davam edəcək NATO xarici işlər nazirlərinin toplantısında Ukraynaya dəstək məsələsi müzakirə olunur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Dünya