Kreml Şoltsun Kiyevə səfərini diqqətlə izləyir

post-img

Kreml Almaniya kansleri Olaf Şoltsun gəldiyi Kiyevdən gələn xəbərləri diqqətlə izləyir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dekabrın 2-də keçirdiyi brifinqdə bildirib. Məlumatı “Anadolu” verib. 

“Mən deməzdim ki, bizim bu səfərdən gözləntilərimiz var. Biz, əlbəttə ki, bütün əlaqələri izləyirik”, - deyə Peskov bildirib. Kreml nümayəndəsinin sözlərinə görə, Almaniya Ukraynaya qeyd-şərtsiz dəstək xəttini davam etdirir.

“Eyni zamanda, biz, həqiqətən də, məmnunluqla xatırlaya bilərik ki, bu yaxınlarda Rusiya prezidenti ilə Almaniya kansleri arasında uzun müddət ərzində ilk təmas olub. Təbii ki, dialoq həmişə müsbət haldır”, - Rusiya prezidentinin mətbuat katibi bildirib.

Peskov əlavə edib ki, Prezident Vladimir Putin Kiyevdə səfərdə olan Almaniya kansleri vasitəsilə Vladimir Zelenskiyə heç bir mesaj çatdırmayıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya