Kobaxidze XİN başçısı postuna Boçorişvilinin namizədliyini təqdim edib

post-img

Baş nazir qeyd edib ki, Maki Boçorişvilinin diplomatik xidmətdə böyük təcrübəsi var

Gürcüstanın baş naziri İrakli Kobaxidze parlamentin Avropa ilə əlaqələr üzrə komitəsinin rəhbəri Maki Boçorişvilinin respublika Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini parlamentə təqdim edib. Məlumatı TAS verib.

“Boçorişvilinin xüsusi təqdimata ehtiyacı yoxdur, lakin bir daha xatırlatmaq istəyirəm ki, xanım Maka Boçorişvilinin diplomatik xidmətdə böyük təcrübəsi var. 1999-cu ildən 2020-ci ilə qədər bu sahədə çalışıb. Bilirsiniz ki, 2020-ci ildən o, parlamentin deputatı, bizim siyasi komandamızın üzvüdür”, - Kobaxidze brifinqdə deyib. 

P.ƏMİRCANOV
XQ

Dünya