Pakistanın Xayber-Paxtunxva əyalətində terrorçuların nəqliyyat kalonuna hücumu nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb, 20 adam yaralanıb, onların 10-nun vəziyyətinin ağır olduğu bildirilir.
Pakistan mətbuatının verdiyi məlumata görə 200 nəqliyat vasitəsindən ibarət kalon şiyələri Xayber-Paxtunxva əyalətinin Paraçinar şəhərindən Peşəvərə aparırmış.
Pakistanın baş naziri Şahbaz Şərif terror aktını pisləyib, hadisəyə görə məsuliyyət daşıyanların cəzasız qalmayacağını bildirib.
Terror aktları Pakistanda, əsasən Hayber-Paxtunxva və Bəlucistan əyalətlərində tez-tez baş verir.
Qanlı terror hadisəsinə görə məsuliyyəti hələ ki, regionda qeyri-qanuni fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
İslamabad