Rusiya “Oreshnik” orta mənzilli ballistik raketini buraxmaqla Qərbə birbaşa siqnal göndərir. “Associated Press” bu barədə noyabrın 21-də Birləşmiş Kral Müdafiə Araşdırmaları İnstitutunun hərbi elmlər üzrə direktoru Metyu Savilə istinadən məlumat yayıb.
Xəbəri “İzvestiya.ru” verib.
“Rusiya Ukraynaya ortamənzilli ballistik raketlə hücum etməklə siqnal göndərir . Əslində bu, Qərbə bir siqnaldır”, – Savil deyib.
O qeyd edib ki, Rusiya ilə “balistik raket rəqabəti” riskini götürmək son dərəcə ağılsızlıqdır. Onun sözlərinə görə, “Oreşnik”i ələ keçirmək mümkün deyil və nüvə raketi kimi istifadə oluna bilər.
Bu gün Rusiya Prezidenti Vladimir Putin Ukraynanın ölkəsinə qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə etdiyini bildirib. Onun sözlərinə görə, regional münaqişə qlobal xarakterli elementlər alıb. Dövlət başçısı həmçinin bildirib ki, Rusiyanın ən yeni orta mənzilli raket komplekslərindən biri olan “Oreşnik” döyüş şəraitində sınaqdan keçirilib.
P.ƏMİRCANOV
XQ