Tramp baş prokuror postuna yeni namizəd irəli sürüb

post-img

Florida ştatının keçmiş baş prokuroru Pam Bondi yeni seçilmiş prezident Donald Trampın ABŞ Baş prokurorluğuna yeni namizədidir. Tramp bu barədə noyabrın 22-də bəyan edib. Məlumatı “İzvestiya.ru” verib. 

“Floridanın keçmiş Baş prokuroru Pam Bondini ABŞ-nin növbəti baş prokuroru elan etməkdən qürur duyuram. Mən Pamı uzun illərdir tanıyıram - o, ağıllı və dözümlüdür və baş prokuror kimi əla iş görəcək”, - deyə o, Truth Sosial səhifəsində yazıb.

Tramp, həmçinin Bondinin Florida ştatının baş prokuroru kimi təcrübəsini, onun narkotik alverini dayandırmaq və narkotiklə bağlı ölüm hallarının sayını azaltmaq üçün gördüyü işləri qeyd edib.

Qeyd edək ki, noyabrın 21-də respublikaçı Mett Qaetz ABŞ-nin baş prokuroru vəzifəsinə namizədliyini geri götürüb. 

P.ƏMİRCANOV
XQ

Dünya