Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali bildirib ki, ölkə başçısı Kasım-Jomart Tokayev Ukraynada münaqişənin kəskinləşməsi fonunda Qazaxıstan Respublikasının təhlükəsizliyini gücləndirməyə çağırıb.
Məlumatı “Anadolu” verib.
Ualinin Facebook sosial şəbəkəsində yazdığı kimi, Tokayev Qazaxıstanın əsas mülki və hərbi obyektlərinin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlərin görülməsinə göstəriş verib. Mətbuat katibi bildirib ki, bu barədə baş nazirə, Prezident Administrasiyasının rəhbərinə, bütün hüquq-mühafizə orqanlarının rəhbərlərinə və akimlərə sərəncam verilib.
Onun sözlərinə görə, ölkədəki vəziyyət Tokayevin şəxsi nəzarətindədir. “Dövlətimiz üçün əsas strateji məqsəd sabitliyi, əmin-amanlığı, asayişi və sabitliyi qorumaqdır", - Uali əlavə edib.
P.ƏMİRCANOV
XQ