Böyük Britaniya sakinlərinin yarıdan çoxu Birləşmiş Krallıq və Çin arasında iqtisadi əlaqələrin gücləndirilməsini dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu nəticəni “Times” qəzetinin rəy sorğusu göstərib.
Respondentlərə belə bir sual ünvanlanıb: “Britaniyanın Baş naziri Kir Starmer Çinlə daha sıx iqtisadi əlaqələr qurmaqda haqlıdırmı?”. Noyabrın 19-u axşam saatlarına olan məlumata görə, sorğuda 5660-dan çox oxucu iştirak edib. Onların 63 faizi suala “hə” cavabını verib.
Ekspertlər qeyd edirlər ki, mövcud sorğu müəyyən bir qrupun əhvali-ruhiyyəsinin göstəricisidir. Bir çox hallarda ticarət iş yerlərinin yaradılmasına və qlobal iqtisadi artıma töhfə verir.
Sorğu Britaniyanın ən qədim gündəlik qəzeti olan “The Times” üçün “Opinary” sosioloji mərkəzi tərəfindən aparılıb.