Rütte: Ukraynaya silah verilməsinə məhdudiyyət qoyulmamalıdır

post-img

 Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə icazə verilməsi ilə bağlı NATO-nun mövqeyi ümumi deyil və ona görə də blokun tərkibindəki hər bir ölkə bu məsələ ilə bağlı öz qərarını verə bilər. Bu barədə noyabrın 19-da Şimali Atlantika alyansının baş katibi Mark Rütte məlumat verib.

Xəbəri “İzvestiya.ru” yayıb. 

“NATO dəfələrlə bəyan edib ki, Ukraynanın müttəfiqləri onu silahla təmin edən zaman onlara məhdudiyyət qoymamalıdırlar. Bununla belə, belə bir qərarın qəbulu (Rusiya Federasiyasının dərinliklərindəki zərbələr haqqında – red.) yardım göstərən hər bir ölkənin hüququ olaraq qalır”, - Rutte Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya