Amerika prezidenti Co Bayden ilk dəfə Ukraynaya Rusiya ərazisini vurmaq üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib. Bu barədə New York Times (NYT) mənbələrə istinadən yazır.
Onların sözlərinə görə, çox güman ki, 300 km-ə qədər mənzilli ATACMS Kursk vilayətində Ukrayna qüvvələrini qorumaq üçün istifadə olunacaq. Qəzet qeyd edir ki, Baydenin səlahiyyət müddətinin bitməsinə iki ay qalmış qəbul edilən qərar ABŞ siyasətində ciddi dəyişiklikdir.
NYT mənbələri bunun Rusiya Federasiyasının Şimali Koreya əsgərlərini münaqişə zonasında döyüş əməliyyatlarına cəlb etdiyi iddiasına cavab olduğunu iddia edir.
S.ELAY
XQ