Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə Astana formatının qarant ölkələri Türkiyə, Rusiya və İran qonşu ölkələrin milli təhlükəsizliyini təhdid edən separatçı gündəmlərə qarşı birgə işi davam etdirmək əzmində olduqlarını ifadə edib, 23 oktyabrda Ankarada TUSAŞ şirkətinin obyektinə hücum edən və Suriyanın müxtəlif bölgələrində müxtəlif adlar altında fəaliyyət göstərən, mülki hədəfləri hədəf alan və insan itkisinə səbəb olan terror qruplarının hərəkətlərini pisləyiblər.
Qazaxıstanda Türkiyə, Rusiya və İranın himayəsi ilə yaradılan Astana formatında Suriya üzrə 22-ci yüksək səviyyəli görüş başa çatıb.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, görüşdə Suriyadakı regional hadisələrin təsiri qiymətləndirilib və təhlükəsizlik məsələləri, yerlərdəki humanitar və iqtisadi vəziyyət, həmçinin terrorla mübarizə səyləri müzakirə edilib.
P.ƏMİRCANOV
XQ