Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 5 üzvünü zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir. Məlumatı “Anadolu” verib.
Açıqlamaya görə, zərərsizləşdirilən silahlılar Asos bölgəsində ələ keçirilib.
Nazirlik Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsinin aradan qaldırılması üçün əməliyyatları davam etdirəcəyini vurğulayıb.
Ankara 2016-cı ildən bəri cənub sərhədlərində terror təhlükəsini aradan qaldırmaq və yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün üç uğurlu əməliyyat keçirib. Söhbət xüsusilə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” (2016), “Zeytun budağı” (2018) və “Sülh çeşməsi” (2019) əməliyyatlarından gedir.
PKK uzun illər Türkiyəyə qarşı apardığı qanlı terror fəaliyyəti nəticəsində qadın, uşaq və körpələr də daxil olmaqla 40 mindən çox insanın ölümünə görə məsuliyyət daşıyır. ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına daxil edib.
P.ƏMİRCANOV
XQ