Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı Qəzza zolağında son vəziyyət, Livanda baş verən hadisələr və Azərbaycan-Ermənistan sülh prosesində irəliləyiş məsələləri müzakirə olunub.
“Anadolu”nun yaydığı xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keceli X sosial şəbəkəsində məlumat verib.
“Noyabrın 12-də axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Söhbət zamanı nazirlər Qəzzadakı vəziyyəti, Livandakı hadisələri, Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyişi müzakirə ediblər”, - deyə mətbuat katibi bildirib.
P.ƏMİRCANOV
XQ