Ərdoğan Bakıda Starmerlə görüşüb

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Böyük Britaniyanın baş naziri Kir Starmeri qəbul edib. Xəbəri “Anadolu” verib. 

Ərdoğanın Starmerlə görüşü Bakıda, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Zirvəsi çərçivəsində baş tutub.

Danışıqlar mətbuata qapalı keçirilib.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyası yanında Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun və Britaniya rəsmiləri iştirak ediblər.

P.ƏMİRCANOV
XQ

 

Dünya