ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə əlavə qüvvələrin göndərilməsi barədə göstəriş verib. Raket əleyhinə müdafiə sistemləri ilə təchiz edilmiş esmineslər, qırıcılardan ibarət eskadrilya və tanker təyyarələri, eləcə də bir neçə B-52 strateji bombardmançı təyyarələri bölgəyə yerləşdirilir.
Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
Yaxın aylarda USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupunun bölgədən ayrılması ilə əlaqədar əlavə qüvvələr Yaxın Şərqə gəlməyə başlayacaq.
"Dövlət katibi Ostin açıq şəkildə ifadə etməyə davam edir ki, əgər İran, onun tərəfdaşları və ya etibarlı şəxsləri bu məqamdan ABŞ personalını və ya ABŞ-nin regiondakı maraqlarını hədəfə almaq üçün istifadə edərlərsə, Birləşmiş Ştatlar öz xalqını qorumaq üçün bütün lazımi tədbirləri görəcək", - Pentaqonun bəyanatında deyilir.
S.ELAY
XQ