Tramp: Demokrat administrasiyası xalqımızı xarici müharibələrə göndərir

post-img

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, demokratlar administrasiyası amerikalıları xaricə “axmaq” müharibələrdə iştirak etmək üçün göndərir. Məlumatı TASS verib.

“Onlar xalqımızı və maliyyəmizi xaricdəki axmaq müharibələrə sürükləyirlər”, – deyə siyasətçi “Truth Social”-da yazıb. 

Tramp həmçinin qeyd edib ki, demokratlar onun tərəfdarlarını daim “irqçi, fanat, faşist” adlandırırlar, lakin eyni zamanda “pul alırlar, cinayətkarlara sərhədlər açırlar”.

Bundan əvvəl respublikaçı namizəd söz vermişdi ki, Ağ Evə qayıtsa, Amerika qoşunlarını münaqişələrdə iştirak etmək üçün xaricə göndərməyəcək.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçı Donald Tramp və demokrat Kamala Harris yüksək dövlət postu uğrunda mübarizə aparırlar. 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya