Rusiya Yaxın Şərqdə böyük müharibənin qarşısını almağa çalışır

post-img

Rusiya Yaxın Şərq regionunun böyük müharibə uçurumuna yuvarlanmasının qarşısını almaq üçün hər cür səy göstərir. 

Bunu Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya XİN başçısının müavini Mixail Boqdanov “Rusiya - Yaxın Şərq” IV beynəlxalq forumunun sessiyasında deyib.

Məlumatı TASS verib. 

Nazir müavini deyib: “Biz regionun böyük müharibənin uçurumuna yuvarlanmasının qarşısını almaq, bu sonsuz qisas dairəsini qırmaq üçün hər cür səy göstəririk”.

O qeyd edib ki, Moskva bütün tərəflərlə əlaqə saxlayır və vəziyyətin “nəzarətdən çıxmasına” gətirib çıxara biləcək hərəkətlərdən çəkinməyə çağırır: “Biz izah edirik ki, belə bir fəlakətli ssenari Yaxın və Orta Şərq ölkələrinin maraqlarına cavab vermir”, - Boqdanov bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya