“Formula”, “Mtavari Archi” və “İmedi” telekanalları müxtəlif şirkətlərə ictimai rəy sorğusu aparmaqla bağlı sifariş veriblər. Məlumatı “Sputnik Qruziya” verib.
Bir sıra ictimai rəy araşdırmalarının nəticələrinə görə, oktyabrın 26-da keçiriləcək parlament seçkiləri nəticəsində 3-6 siyasi subyekt 5 faizlik baryeri keçərək Gürcüstan parlamentinə daxil ola biləcək.
“İmedi” telekanalının sifarişi ilə aparılan sorğu oktyabrın 12-21-də baş tutub. Bu araşdırma əvvəlki, 18-30 sentyabr tarixlərində olduğu kimi, yalnız üç seçki subyektinin parlamentə daxil olmaq şansının olduğunu göstərib: “Gürcü arzusu” (“Gürcü arzusu”, “Xalqın gücü”) – 60,2% (sonuncu dəfə 59,5%);
“Birlik - Milli Hərəkat” (“Vahid Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) - 15,4% ( sonuncu dəfə 13,6%);
“Dəyişiklik Koalisiyası” (“Axali”, “Girçi – daha çox azadlıq”, “Droa”) - 9,0% (sonuncu dəfə 10,3%).
Sorğu birbaşa müsahibə yolu ilə 1704 seçici arasında keçirilib.
P.ƏMİRCANOV
XQ