İtalyan mafiyasının “xaç atası” Kolumbiyada yaxalanıb

post-img

Kolumbiyada karabinyerin və Avropa polisinin birgə həya keçirdiyi əməliyyat nəticəsində italyan mafiyasının başçılarından biri, Hermes ləqəbli “xaç atası” Qustavo Nocella yaxalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kolumbiya polis idarəsinin direktoru Salamanka Ramires “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Biz Medelində dünyanın ən çox axtarılan narkotik tacirlərindən birini, Rinaldi-Formikola, Amato-Paqano və De Mikko klanları ilə Cənubi Amerika mafiyası arasında əsas əlaqələndirici olan italiyalı Qustavo Nocellanı tuta bildik”, - deyə o bildirib.

Salamanka Ramiresin sözlərinə görə, mafiya başçısını bilyard stolu “ələ verib”. Belə ki, Qustavo Nocella Kolumbiyadakı yerini daim dəyişir və mümkün qədər gizli qalmağa çalışırdı. O, həmişə yanında bilyard stolu gəzdirirdi ki, bu da axtarış zamanı hüquq-mühafizə orqanlarına ipucu verib.

Dünya