Andrey Sibiqa Türkiyəyə səfərə gəlib

post-img

Ukraynanın Xarici işlər naziri Andrey Sibiqa Türkiyəyə səfərə gedib. Bu barədə oktyabrın 21-də Ukrayna Xarici İşlər Nazirliyi məlumat verib. 

“Nazir Andrey Sibiqa Türkiyəyə səfərini Anıtkabirdə Mustafa Kamal Atatürkün xatirəsini yad etməklə başladı. Prezident Zelenskinin göstərişi ilə o, Ukrayna-Türkiyə tərəfdaşlığını təsdiqləmək, Qara dənizdə təhlükəsizliyi gücləndirmək və ədalətli sülhə nail olmaq üçün mühüm danışıqlar aparacaq”, - məlumatda deyilir.

Sibiqanın səfəri zamanı Ankarada “Qələbə” planı, Ukraynanın NATO-ya inteqrasiyası və Sülh Formulu ilə bağlı danışıqlar planlaşdırılır.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Krımın beynəlxalq hüquq normalarına uyğun olaraq Ukraynaya qayıtmalı olduğunu bildirib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya