SON DƏQİQƏ. Moldovanın Aİ-yə qoşulmasını dəstəkləyənlərin sayı əleyhdarlarını üstələyib

post-img

Moldova Mərkəzi Seçki Komissiyası ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı referendumla bağlı protokolların 98,38%-ni emal edib. Son məlumatlara görə, avrointeqrasiya tərəfdarlarının sayı əleyhdarlarının sayından çox olub: lehinə 50,07%, əleyhinə 49,93% səs verib. Məlumatı “Kommersant” verib. 

Referendumla yanaşı, ölkədə keçirilən prezident seçkilərində də səsvermə baş tutub. İkinci müddətə namizədliyini irəli sürən prezident Maya Sandu hazırda 41,92% səslə liderdir. İkinci yerdə 26,35% səslə keçmiş baş prokuror, Sosialist Partiyasının üzvü Aleksandr Stoyanoqlo qərarlaşıb.

Prezidentlik uğrunda 11 namizəd mübarizə aparıb. Əgər birinci turda onlardan heç biri 50%-dən çox səs toplaya bilməsə, noyabrın 3-də seçkilərin ikinci turu keçiriləcək.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya