İslamabadda ŞƏT ölkələri Hökumət Başçıları Şurasının 23-cü iclası olub

post-img

İslamabadda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Hökumət Başçıları Şurasının 23-cü iclasında bir sıra sənədlər imzalanıb.

AZƏRTAC Pakistan mediasına istinadla xəbər verir ki, hökumət başçıları Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Hökumət Başçıları (Baş nazirlər) Şurasının 23-cü iclasının yekunu üzrə birgə Bəyannamə imzalayıblar.

İmzalanan sənədlər arasında Şanxay Əməkdaşlıq Təşkilatı Katibliyinin ŞƏT-ə üzv dövlətlərin Çoxtərəfli Ticarət-İqtisadi Əməkdaşlıq Proqramının icrası çərçivəsində keçirilən tədbirlər və görüşlər haqqında hesabatı üzrə, təşkilatın 2023-cü il büdcəsinin icrasına dair ŞƏT-in Maliyyə Hesabatına dair, 2025-ci ilin büdcəsi haqqında, ŞƏT Katibliyinin ştat cədvəli üzrə, ŞƏT Regional Antiterror Strukturu İcraiyyə Komitəsinin ştat cədvəli haqqında, üzv dövlətlər arasında “Yeni iqtisadi dialoq”un inkişafı Konsepsiyası barədə Hökumət Şurasının qərarları var.

İclasda təsdiq edilən bir sıra məsələlərə dair sənədlər ŞƏT Dövlət Başçılarının Zirvə görüşündə müzakirə ediləcək.

Dünya