Borrell Aİ-nin Ukrayna ilə bağlı xərclərini açıqlayıb

post-img

Aİ diplomatik xidmətinin rəhbəri Jozef Borrell Brüsseldə keçirilən konfransda çıxışı zamanı bildirib ki, Avropa İttifaqı Ukraynaya hərbi təchizat üçün artıq 42 milyard avro xərcləyib və yardımın ümumi həcmi 110 milyard avroya çatıb ki, bu da ABŞ-ın yardımını üstələyir. 

Məlumatı TASS verib. 

“Bu günə qədər biz Ukraynaya təkcə hərbi ehtiyaclar üçün 42 milyard avro göndərmişik, ilin sonuna qədər iqtisadi və maliyyə yardımını hesablasaq, bu, artıq 110 milyard avroya çatıb, yəni ABŞ-ın təmin etdiyindən daha çox”, - deyə Borrell b ildirib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya