Macarıstan Brüsselin Kiyevə 6,6 milyard avroluq yardımını təsdiqləməyə bilər

post-img

Avropa İttifaqına üzv ölkələrin liderləri oktyabrın 17-də Avropa Sülh Fondundan Kiyevə 6,6 milyard avro dəyərində hərbi yardımın ayrılması məsələsini müzakirə edəcəklər.

AZƏRTAC xəbər verir ki, “EUobserver” portalının məlumatına görə, Macarıstanın Baş naziri Viktor Orbanın Kiyevə hərbi yardımla bağlı vetosunu ləğv edəcəyi gözlənilmir.

Ekspertlərin fikrincə, Avropa İttifaqı bu məsələdə Budapeştə təzyiq göstərməyə çalışacaq, lakin ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərindən öncə irəliləyiş gözləmək əbəsdir. Eyni zamanda, Brüsselin Avropa İttifaqının dövlət və hökumət başçıları səviyyəsində Kiyevə 45 milyard avroluq kreditin razılaşdırılması barədə səyləri Viktor Orbanın tənqidi ilə üzləşib.

Bir müddət öncə, Avropa diplomatiyasının rəhbəri Jozep Borrel Avropa Sülh Fonduna ödənişlərin könüllü olacağını və Macarıstanın bu mexanizmdə iştirakdan imtina edə biləcəyini deyib. Beləliklə, Avropa İttifaqının digər üzvləri Ukraynaya vəsait ayırmaq üçün Budapeştin razılığını almalı olmayacaqlar.

Dünya