ABŞ BƏƏ və Səudiyyə Ərəbistanına 2,2 milyard dollarlıq silah satacaq

post-img

ABŞ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanına 2,2 milyard dollar dəyərində silah satacaq. Bu barədə “Reuters” məlumat yayıb.

Xəbərdə deyilir ki, Co Bayden administrasiyası Səudiyyə Ərəbistanı və BƏƏ-yə milyardlarla dollarlıq silah satışına icazə verib. Beləliklə, Vaşinqton növbəti dəfə Səudiyyə Ərəbistanı və BƏƏ-yə milyardlarla dollarlıq silah satışını təsdiqləyərək, Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda ABŞ-nin İrana və onun vəkillərinə qarşı mübarizəsində kritik əhəmiyyət kəsb edən iki müttəfiqə yeni dəstək nümayiş etdirib.

Dövlət Departamenti Konqresə göndərdiyi məktubda Səudiyyə Ərəbistanına dəyəri 1 milyard dollardan çox olan “Hellfire” və “Sidewinder” raketlərinin, habelə artilleriya, tank və pulemyot sursatlarının satışına icazə verdiyini bildirib.

XQ

Dünya