İtaliyanın “FS Italiane” milli dövlət dəmir yolu holdinqinin “FS Group”, “Trenitalia”, “Trenitalia Tper” və “Trenord” şirkətlərinin işçiləri ikigünlük milli tətil edirlər.
AZƏRTAC xəbər verir ki, bəzi müstəqil həmkarlar ittifaqlarının qərarı ilə dəmir yolu işçiləri oktyabrın 12-13-də tətil ediblər.
Tətil ölkə üzrə dəmir yolu nəqliyyatının hərəkətinə mənfi təsir göstərib. Buna görə də, bəzi şəhərlərarası və regional qatarlar ləğv edilib, uzunmüddətli gecikmələr qeydə alınıb. Böyük şəhərlərdə mərkəzi qatar stansiyalarında sərnişin sıxlığı yaranıb.
Sərnişinlərə stansiyalara getməzdən əvvəl məlumatları dəqiqləşdirmək və mümkün olduqda səfərlərin vaxtını dəyişdirmək tövsiyə edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma