Bloomberg yazır ki, Hindistan Rusiyaya sanksiyalarla məhdudlaşdırılan texnologiyaların ikinci ən böyük tədarükçüsü olub.
ABŞ və Avropa rəsmiləri anonimlik şərti ilə nəşrə bildiriblər ki, Hindistan kritik texnologiyaların tədarükündə ikinci yerə çıxıb.
Agentlik yazır ki, Hindistanın məhdudlaşdırılmış malların, daha dəqiq desək, mikroçiplərin, çiplərin və dəzgahların satışı aprel və may aylarında 60 milyon dolları keçib. Bu ilin əvvəlki aylarındakı səviyyəni təxminən iki dəfə artırıb. İyul ayında ixrac 95 milyon dollara yüksəlib.
Nəşr qeyd edir ki, Hindistan yalnız Çindən geridə qalır.
Rəsmilərin sözlərinə görə, son məlumatlar göstərir ki, Rusiya hərbi-sənaye kompleksinə daxil olan həssas texnologiyaların təxminən beşdə biri Hindistan vasitəsilə oraya çatır.
Qəzet yazır ki, yeni məlumatlar ABŞ və onun müttəfiqlərinin Rusiyanın Ukraynada döyüş qabiliyyətini məhdudlaşdırmaq cəhdində üzləşdikləri çətinliklərə işarə edir. Dövlət Departamentinin sözçüsü cümə günü agentliyin narahatlığını Hindistan hökumət rəsmilərinə və şirkətlərinə təkrarlayacağını bildirib.
Hindistanın Xarici İşlər Nazirliyi tendensiya ilə bağlı şərh verməkdən imtina edib.
S.ELAY
XQ