Azərbaycanla BƏƏ-nin birgə layihələri

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabiri ilə görüşündə ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu vurğulanıb, enerjidən səmərəli istifadə olunması, yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verilib.

Nazirliyin məlumatında daha sonra Dövlət Neft Şirkətinin BƏƏ-nin “ADNOC” və “Masdar” şirkətləri ilə birgə layihələri, onların icrası istiqamətində perspektivdə duran məsələlərin müzakirə edildiyi də bildirilib.

Görüşdə Azərbaycanla BƏƏ-nin iqtisadi sahədə birgə fəaliyyətinin perspektivləri, energetika sahəsində fəal əməkdaşlığın təşviqi və COP29 çərçivəsində ölkəmizlə tərəfdaşlıq barədə müzakirələr də aparılıb.

İqtisadiyyat