Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “INMerge İnnovasiya Sammiti”ndəki çıxışında hazırda Azərbaycanın 70-dən çox dövlət qurumu və 100-dən çox informasiya sisteminin “Rəqəmsal körpü” sisteminə inteqrasiya olunduğunu, nəticədə 1 milyarddan çox tranzaksiya həyata keçirməyə imkan yarandığını bildirib.
S.Məmmədovun sözlərinə görə, rəqəmsal sənəd dövriyyəsi Azərbaycanda sənədsiz idarəetməyə doğru daha bir uğurlu addımdır.