Türkiyə Livandan 966 vətəndaşını təxliyə edir

post-img

Ankara 878-i Türkiyə vətəndaşı, 24-ü Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) vətəndaşı və onların qohumları olmaqla, 966 nəfəri Livandan təxliyə edir. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 1900-ə yaxın Türkiyə vətəndaşı Livanı tərk etmək istəyini bildirib. Məlumatı “Anadolu” verib. 

Mənbələr qeyd edirlər ki, oktyabrın 10-da Türkiyə gəmisindən 878-i Türkiyə vətəndaşı, 24-ü KKTC vətəndaşı və 64-ü onların yaxın qohumu olmaqla 966 nəfərin təxliyyəsi üçün istifadə edilib.

Mənbələr gəmiyə minərkən xarici vətəndaşlara üstünlük verildiyi barədə məlumatları da təkzib ediblər. Bu cür məlumatlar həqiqətə uyğun deyil. İndiyə qədər verilən məlumatlardan da göründüyü kimi, həmin şəxslər gəmiyə Türkiyə vətəndaşının qohumları kimi qəbul ediliblər.

Mənbələr Xarici İşlər Nazirliyinə ilkin müraciət edənlərin sayının 2500 nəfər olduğunu və onlarla telefon danışığı aparıldığını bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya