Lukaşenko: Qərb Belarus və Rusiyanı “boğa” bilmədi

post-img

Qərb Belarus və Rusiyanı “boğa” bilmədi. Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib. Məlumatı “İzvestiya.ru” verib. 

“Münasibətlərimizə gəlincə, mən hesab edirəm ki, ən mühüm nəticə ondan ibarətdir ki, Qərb bizi, ilk növbədə, iqtisadiyyat və maliyyə sahəsində boğmaq planları qurub, lakin bu alınmadı”, - dövlət başçısı qeyd edib ki, dost olmayan ölkələr uğursuzluqlarını özləri də etiraf edirlər.

Lukaşenko Putinin “dünyanın kəskin şəkildə dəyişir” sözlərini, yeni təhlükələr, yeni imkanlar yarandığı və həll edilməli olan məsələlərin ortaya çıxdığı barədəki fikirlərini xatırladıb.

Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov da demişdi ki, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri anti-Rusiya sanksiyaları kontekstində Qərbin onlara etdiyi təzyiqlərin öhdəsindən gəlirlər. 

P.ƏMİRCANOV
XQ

Dünya