Qazaxıstanda neft məhsulları qaçaqmalçılığının qarşısı alınıb

post-img

Qazaxıstan Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin əməkdaşları neft məhsullarının qaçaqmalçılığı ilə məşğul olan irimiqyaslı kanalın qarşısını alıblar. Məlumatı Polisia.kz-yə istinadən “Anadolu” xəbər verir.

Qeyd olunur ki, əməliyyat tədbirləri çərçivəsində sərhədi keçmək üçün nəzərdə tutulmuş 10-dan çox vaqon-sistern aşkar edilib. Qonşu dövlətin ərazisinə gedən, ümumi dəyəri 120 milyon tengedən çox olan 750 tondan çox neft məhsulu yüklənmiş avtomobillər əlavə araşdırma üçün saxlanılıb.

“Müvafiq icazə olmadan neft məhsullarının daşınması ilə bağlı cinayət işi açılıb. Kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir”, - deyə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Kuandık Alpys bildirib.

P.ƏMİRCANOV
XQ

 

Dünya