ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp bildirib ki, Ukraynaya xarici yardımın ümumi həcmi təxminən 300 milyard dollar qiymətləndirilir. Bu barədə məlumatı “İzvestiya.ru” veribş
“Ukrayna yardım məsələsində, demək olar ki, 300 milyard dollara çatmışıq” – deyə Tramp bildirib.
ABŞ siyasətçisi bu məbləğin yalnız ABŞ-ın yardımı, yoxsa Qərbin Kiyevə ümumi dəstəyi olduğunu dəqiqləşdirməyib.
Tramp, bununla belə, ABŞ-da qasırğa qurbanlarının fövqəladə ehtiyacları üçün cəmi 750 dollar ayrıldığlına da diqqət çəkib.
P.ƏMİRCANOV
XQ