ABŞ Rusiya ilə əməkdaşlığa görə Türkiyəni hədələyir

post-img

ABŞ Rusiya ilə əməkdaşlığa görə Türkiyəni  beynəlxalq SWIFT ödəniş sistemindən məhrum etməklə və dollarla ödənişləri kəsməklə hədələyir. Bu barədə Türkiyənin Vətən Partiyasının sədr müavini Hakan Topkurulu danışıb. Məlumatı “İzvestiya.ru” verib. 

Onun sözlərinə görə, bu baxımdan Ankara Moskva ilə ticarəti azaltmalıdır. “Türkiyə Vaşinqtonun təzyiqinə qarşı çıxa bilməz”, - siyasətçi qeyd edib.

Bundan əvvəl məlum olub ki, ABŞ bu ilin sentyabr ayının ortalarından Türkiyə və Rusiya tərəfindən həyata keçirilən bank əməliyyatlarına nəzarəti kəskin şəkildə gücləndirib. Bundan sonra ikitərəfli ödənişlərlə bağlı vəziyyət pisləşməyə başlayıb. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya