Kuba da BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib

post-img

Kuba BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmaq üçün Rusiya prezidenti Vladimir Putinə rəsmi müraciət edib. Bunu sentyabrın 8-də Kuba Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə baş direktoru Karlos Pereyra deyib. Məlumatı “İzvestiya.ru” verib. 

“Kuba özünü qlobal geosiyasətdə əsas oyunçu kimi möhkəmləndirən və cənub ölkələri üçün ümid yeri olan qrupun prezidenti Rusiya lideri Vladimir Putinə məktubla müraciət edərək, BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmağı rəsmi şəkildə xahiş edib”, – diplomat X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Bundan əvvəl, oktyabrın 5-də Suriya BRİKS-ə qoşulmaq üçün ərizə verib. Sentyabrın 15-də isə Myanma BRİKS-də iştirak etmək arzusunu bildirib. Bununla belə, ölkə bloka tam üzv olmadan müşahidəçi ölkə kimi qoşulmaq istəyir. 

Sentyabrın 12-də Putin bildirib ki, artıq 34 dövlət bu və ya digər formada BRİKS-ə qoşulmaq arzusunu ifadə edib. 

BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Əvvəlcə onun tərkibinə Braziliya, Rusiya, Hindistan və Çin daxil idi. Sonradan ona Cənubi Afrika Respublikası, 2024-cü ildən isə Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Efiopiya qoşulub.

P.ƏMİRCANOV

XQ

 

 

Dünya