Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Nizami Bələdiyyəsi tərəfindən M.A.Abbaszadə küçəsi ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsində (Gəncə Dövlət Kukla Teatrının qarşısında) uşaqlar üçün yeni mini park salınıb. Belə ki, istirahət məkanının 2 min kvadratmetr ərazisinin daş döşəməsi və bardürləri yenilənib. Həmçinin, parka yeni oturacaqlar quraşdırılıb, müasir işıqlandırma sistemi, uşaqlar üçün kiçik atraksion və idman qurğuları düzəldilib, o cümlədən, məişət tullantıları qutuları yenisi ilə əvəz olunub, mövcud yaşıllıqlara qulluq göstərilib.
Eyni zamanda burada uşaqların cizgi filmlərindən yaxşı tanıdıqları personajların və nağıl qəhrəmanlarının heykəlləri də qoyulub. Ərazidə mövcud olan fəvvarə əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Gəncə.