Bazar ertəsi, oktyabrın 7-də Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib. Təbrikdə respublika rəhbəri əmin olduğunu bildirib ki, Minsk və Moskva yeni üfüqlər aça və əməkdaşlığın perspektivli istiqamətlərini müəyyən edə biləcəklər.
Məlumatı “İzvestiya.ru” verib.
Təbrikdə deyilir : “Rusiyanın tarixi missiyasını dərindən dərk etməyiniz, xalqın və Vətənin taleyi üçün şəxsi məsuliyyətiniz onun dövlətçiliyinin və suverenliyinin möhkəmləndirilməsinin, sosial-iqtisadi potensialının və beynəlxalq nüfuzunun yüksəldilməsinin etibarlı təminatına çevrildi”.
Lukaşenko qeyd edib ki, Belarus “Putinin ardıcıl və qəti mövqeyini, Belarus-Rusiya münasibətlərinin gələcək inkişafına prinsipial münasibətini yüksək qiymətləndirir”. O, Rusiya Prezidentinə möhkəm cansağlığı və uzun ömür, xoşbəxtlik, Rusiya xalqının və ölkənin rifahı naminə dövlət fəaliyyətində uğurlar arzulayıb.
P.ƏMİRCANOV
XQ