Tokayev MDB nümayəndələrini qəbul edib

post-img

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 55-ci iclasının iştirakçıları ilə görüşüb. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb. Xəbəri “Anadolu” verib. 

Tokayev qeyd edib ki, bu platforma təhlükəsizlik sahəsində səylərin əlaqələndirilməsi vasitəsi kimi özünü təsdiqləyib və müasir şəraitdə şuranın rolu daha da artır.

O vurğulayıb ki, operativ və analitik məlumatların vaxtında mübadiləsi regional təhlükəsizliyə qarşı çağırış və təhdidlərə qarşı mübarizənin səmərəliliyini artırmağa imkan verir və ölkələrimizin milli maraqlarının müdafiəsi üçün əlaqələndirilmiş yanaşmaların inkişafına töhfə verir.

Bundan əlavə, Tokayev əmin olduğunu bildirib ki, görüşün nəticələri birlik dövlətlərinin xüsusi xidmət orqanları arasında qarşılıqlı fəaliyyətin daha da inkişafına şərait yaradacaq, beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinə kömək edəcək.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, eləcə də MDB İcraiyyə Komitəsi və Antiterror Mərkəzinin nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.

P.ƏMİRCANOV
XQ

 

Dünya